Haqqımızda

«Müştəriyə fərdi yanaşma» prinsipini əlimizdə bayraq edib yola başladıq.

ANB.AZ – KİMDİR, NƏDİR, NƏ İLƏ YEMƏK LAZIMDIR?

ANB.AZ – bütün növ reklam xidmətləri, tədbirlərin sıfırdan təşkili, personal üçün təlimlərin təşkili xidmətlərini təklif edən şirkətdir.
Peşəkar, yaradıcı, trendlərlə daima ayaqlaşan komandamızla ən yeni və ən sınanmış marketinq alətlərindən istifadə etməklə müştərilərimizin biznesini daha da irəli aparmağa və onu yeni mərhələyə daşımağa yardımçı oluruq.
Kreativlik xətrinə kreativ bizlik deyil, məqsədimiz brendin konsepsiyasına uyğun, effektli və satıla bilən xidmət yaratmaqdır. Düşünürük ki, keyfiyyətli marketinq hər bir şirkəti yeni səviyyəyə daşıya bilər. Ona görə də, bu işi bizə həvalə edin.

ÖZÜMÜZÜ TƏRİFLƏMƏK KİMİ ÇIXMASIN, AMMA...

... bizi seçmək üçün səbəbləriniz çoxdur:

1. «Bu iş bizlikdir» dediksə, vəssalam!
Bu sahədə uzun illərin bilik və təcrübəsi işimizi peşəkar şəkildə yerinə yetirməyə kömək edir. Komandada yalnız öz işinin mütəxəssisləri olan istedadlı ideya adamları çalışır. Ona görə də, «bu iş bizlikdir» dediyimiz hər bir işin keyfiyyətinə zəmanət veririk.

2. Bu günün işini sabaha qoymuruq
Heç bir işi son ana saxlamırıq və müştərinin təyin etdiyi vaxtda, istədiyi keyfiyyətdə təqdim edirik. «Deadline» tarixlərini doğum tariximizdən yaxşı bilirik.

3. Zamanla ayaqlaşırıq
Trendləri izləyirik, qaynar mövzuları öyrənirik, yerimizdə saymağı sevmirik. Ona görə də hər zaman peşəkar keyfiyyətlərimizi artırmağa çalışırıq.

4. Altdan-altdan iş görmürük
Hüquqi şəxs qismində rəsmi qeydiyyatdan keçmişik. Müştərilərimizlə rəsmi müqavilə əsasında, şəffaf çalışırıq. Həmçinin, müştəri konfidensiallığına xüsusi önəm veririk.