info@anb.az
(+994) 50 2333231
  • AZ
  • RU
  • EN
info@anb.az
(+994) 50 2333231

ANBANBANB

  • Əsas səhifə
  • Aksiyalar
  • Bloq
  • Xidmətlərimiz
    • Rəqəmsal marketinq
    • Dizayn xidmətləri
    • Tədbirlərin təşkili
    • Təlimlər
    • Biznes–konsaltinq
    • Gizlin alıcı xidməti
    • Xidmət sifariş etmək
  • Rəylər
  • Bizimlə əlaqə

HASHTAGlərə ehtiyacı varmı?

 
 
#Hesabınızdakı haştaglərə ehtiyacı varmı? Bu sual daim verilir. Əslində taglər İŞ-LƏ-YİR! Lakin, hamısı yox və həmişə deyil.
#Sadəcə 30 tag əvəzinə 5-7 tag qoyun. Haştaglar dərc etdiyiniz posta və ya paylaşdığınız fotoşəkilə maksimal dərəcədə yaxın olmalıdır.
#Unutmayın ki, abunəçilər tagları izləyir, keçid alır və abunə olur. Mütəmadi olaraq eyni taglərdən istifadə etsəniz və bu taglər şəkil və ya mətnə uyğun gəlməzsə, insanlar abunəcilikdən çıxacaqlar və Instagram bu tagləri daha az göstərəcək.

⠀
#brenbmənəm #brendməndədir #mənəmbrend #öyrətməkolmasın #məsləhətdeyiltəcrübədir #anb #azerbaijan #aztagram #anbaz #anb #anbazerbaijan #trendzade #marketing #training #business #biznes #baku #smm #newyear #story #ideas
 
 
 
 
 

🪐BU İL KİM QAZANACAQ?

🎯Yeni il hansı biznes sahələrinə gəlir gətirəcək, bilmək istəyirsiz? Proqnozlar ustadı olan dostlarım bunu mənə sirr olaraq pıçıldadılar. Mən də dözmədim, sizinlə bölüşmək istədim Yaxın oturun!
🐀2020-ci il inşaatçılar üçün yaşıl işıq yandıracaq!
☝️İnşaat və təmir, tikinti materiallarının istehsalı və hasilatı, memarlıq, interyer dizaynı və torpaq satışının bütün mərhələləri fayda verəcəkdir.
☝️Kommunal xidmətlər böyük pul qazanacaqlar, çünki bütün yeni tikililərin əlbəttə yaxşı qulluğa ehtiyacı olacaq. Klininq şirkətlərinə böyük tələbat olacaq. Artıq heyəti genişləndirməyə başlaya bilərsiniz.
☝️Tibb müəssisələri üçün uğurlu ildir!
☝️Ordu, hüquq-mühafizə orqanları, silah ticarəti, əntiq əşyaları, sənət əsərləri sərgiləri, tullantıların emalı da gəlir gətirən sahələr olacaq.
🐀Siçan çox ağıllı heyvandır... Ona görə də elmlə bağlı bütün istiqamətlər çiçəklənəcək.
🤐Maraqlı olsun deyə, bütün sirrləri bir nəfəsə açmaq istəmirəm, davamı gələn postlarımda!

 

👎BU İL SİZİN DEYİL!

🤔Birinin uğuru olduğu yerdə – digərinin uğursuzluğu mütləqdir.Həyat belədir!
❄️Kimin üçün bu il o qədər də gəlirli olmayacaq bilirsiniz? Yox? O zaman diqqətlə qulaq asın!
🚜Ağır maşınqayırma və metallurgiya böyük böhran içində olacaq. Avtomobil, təyyarə, sənaye avadanlığı sektorunda il boyu kütləvi ixtisarlar mümkündür.
⚡️Enerji istehsalı üçün təəssüf ki, böyük imkanlar yaranmayacaq.
🚗Avtomobil sənayesi üçün çox çətin il olacaq. Avtomobil ucuzlaşacaq! Maşınınızı satmaq istəyirsinizsə, dərhal satın, çünki sonra şanslar azalacaq. Ən aşağı avtomobil qiymətləri may ayında və 2020-ci ilin qışında olacaq.
☝️Trend Zadəni izləyin, ardı var.....

📝YAZMAĞA necə başlamalı?

Yenə də mətnlərdən danışmaq istərdim! Düzdür, mən nə kopirayterəm, nə yazıçıyam və mətnlər yazmağın sirlərini də öyrətmirəm, amma mətn olmadan özünüzü sosial şəbəkələrdə təbliğ etmək çox çətindir, buna görə də bu barədə sizinlə öz fikirlərimlə bölüşürəm: ⠀
📒Yazarkən ağlınıza bir çox fikir gələ bilər. Yeni, maraqlı, necə deyəllər "insayt". Demək olar ki, hər yeni mətn əvvəlkindən əmələ gəlir. Məsələn,mən birdəfəyə 2-4 mətn yazıram. Metroda başlayıram, evdə bitirirəm. Belə olur ki,yarım gündə 4 mətn hazır olur.
📒Nə qədər çox yazsanız, düşüncələriniz nə qədər çox olsa, satışınız o qədər də artacaq.

💥İDEYAnın YARANMASI ÜÇÜN NƏ etməlisən?
☝️Birincisi, yazmaq, ikincisi, bu ideyaları toplamaq... amma fərqli, maraqlı olanları... reallıqlarınızda mümkün olmayan belə ideyaları! Fikirləri toplayaraq ilham alacaqsınız. Yalnız bitmiş maraqlı məhsul və nümunələri deyil, mətnləri, şərhlər toplayın, yazı yazın. İlhamınız olmayanda həmin topluları açın və.....
Həm də hiss etdiyiniz kimi yazın.
☝️Başlanğıcda hecanınızı, yanaşmanızı tapmaq çətin ola bilər, amma nə qədər çox yazsanız, özünüzü nəşrlərin müəllifi kimi bir o qədər tez tapacaqsınız.
📒Tutalım bir yazı yazdınız... Onu 10-15 yaşlı bir uşağa oxuyun, dostlarınıza və ya qohumlarınıza oxuyun. Anlayırlarsa, reaksiya vermək istəyirlərsə, deməli yazınız hazırdır!

Satış qıfı nədir?

✅Rəqəmsal marketinqdə əsasən “sales funnel”, “purchase funnel”, “sales pipeline” kimi ifadə olunan “Satış qıfı” termininə tez-tez rast gəlinir. İcazənizlə, bu barədə sizə bir qədər məlumat vermək istırdim.
✅Bir müştərinin məhsulunuzla maraqlandığı andan, satın aldığı ana qədər olan, bir neçə ardıcıl mərhələlərdən ibarət prosesdir. Əsasən qıf və ya tərs çevrilmiş piramida şəklində təsvir edilir. Satış qıfı özünəməxsus olaraq bir neçə mərhələdən ibarətdir və müştərinin satış prosesinin hansı mərhələsində olduğunu bildirir.
✅Bu necə işləyir?
Məsələn, bir onlayn mağazanız var. “Qıfın” ən geniş yerində sizi bəyənən və səhifənizə daxil olan hər kəs olacaq. Baxışlar çoxalır, sonra kimsə təsvir, qiymət, çatdırılma şərtlərilə razı olmur. Nəticədə məhsulu almağa hazır olanlar qalır. Beləliklə, satın alanların və sayta girənlərin nisbəti - konversiya deməkdir, hesablanmış və öyrənilən bütün proses isə satış qıfıdır.
✅Bu bizim nəyimizə gərəkdir?
Hər mərhələdəki insan faizini müəyyən etməklə əvvəlcədən tədbirlər görə və nəticədə alış-veriş edənlərin sayını artıra bilərik. Məsələn, məhsul ilə tanış olan 10 nəfərdən yalnız biri onu almaq istədiyini öyrəndiniz.
✅Nə etmək olar? Məhsulun təsvirini dəyişdirin, yeni şəkillər əlavə edin, çatdırılma şərtləri, ödəmə növləri və s. haqqinda məlumat verəcək düymələri də əlavə etmək məsləhətdir. Və birdə görürsünüz ki, məhsulu 1 deyil artıq 3 nəfər aldı. Əladır, hə?
✅Bəs siz necə, Satış qıfını qurmusunuz, yoxsa siz həmişə belə edirdiniz (təhlil, araşdırma, dəyişiklikləri müşahidə etmək), sadəcə bu prosesin satış qıfı olduğunu bilmirdiniz?

 

  • 1
  • 2
  • Facebook
  • LinkedIn
  • Instagram
© 2021 ANB. Bütün hüquqlar qorunur.
  • Əsas səhifə
  • Aksiyalar
  • Bloq
  • Xidmətlərimiz
    • Rəqəmsal marketinq
    • Dizayn xidmətləri
    • Tədbirlərin təşkili
    • Təlimlər
    • Biznes–konsaltinq
    • Gizlin alıcı xidməti
    • Xidmət sifariş etmək
  • Rəylər
  • Bizimlə əlaqə