Satış qıfı nədir?

Rəqəmsal marketinqdə əsasən “sales funnel”, “purchase funnel”, “sales pipeline” kimi ifadə olunan “Satış qıfı” termininə tez-tez rast gəlinir. İcazənizlə, bu barədə sizə bir qədər məlumat vermək istırdim.
Bir müştərinin məhsulunuzla maraqlandığı andan, satın aldığı ana qədər olan, bir neçə ardıcıl mərhələlərdən ibarət prosesdir. Əsasən qıf və ya tərs çevrilmiş piramida şəklində təsvir edilir. Satış qıfı özünəməxsus olaraq bir neçə mərhələdən ibarətdir və müştərinin satış prosesinin hansı mərhələsində olduğunu bildirir.
Bu necə işləyir?
Məsələn, bir onlayn mağazanız var. “Qıfın” ən geniş yerində sizi bəyənən və səhifənizə daxil olan hər kəs olacaq. Baxışlar çoxalır, sonra kimsə təsvir, qiymət, çatdırılma şərtlərilə razı olmur. Nəticədə məhsulu almağa hazır olanlar qalır. Beləliklə, satın alanların və sayta girənlərin nisbəti - konversiya deməkdir, hesablanmış və öyrənilən bütün proses isə satış qıfıdır.
Bu bizim nəyimizə gərəkdir?
Hər mərhələdəki insan faizini müəyyən etməklə əvvəlcədən tədbirlər görə və nəticədə alış-veriş edənlərin sayını artıra bilərik. Məsələn, məhsul ilə tanış olan 10 nəfərdən yalnız biri onu almaq istədiyini öyrəndiniz.
Nə etmək olar? Məhsulun təsvirini dəyişdirin, yeni şəkillər əlavə edin, çatdırılma şərtləri, ödəmə növləri və s. haqqinda məlumat verəcək düymələri də əlavə etmək məsləhətdir. Və birdə görürsünüz ki, məhsulu 1 deyil artıq 3 nəfər aldı. Əladır, hə?
Bəs siz necə, Satış qıfını qurmusunuz, yoxsa siz həmişə belə edirdiniz (təhlil, araşdırma, dəyişiklikləri müşahidə etmək), sadəcə bu prosesin satış qıfı olduğunu bilmirdiniz?