📝YAZMAĞA necə başlamalı?

Yenə də mətnlərdən danışmaq istərdim! Düzdür, mən nə kopirayterəm, nə yazıçıyam və mətnlər yazmağın sirlərini də öyrətmirəm, amma mətn olmadan özünüzü sosial şəbəkələrdə təbliğ etmək çox çətindir, buna görə də bu barədə sizinlə öz fikirlərimlə bölüşürəm: ⠀
📒Yazarkən ağlınıza bir çox fikir gələ bilər. Yeni, maraqlı, necə deyəllər "insayt". Demək olar ki, hər yeni mətn əvvəlkindən əmələ gəlir. Məsələn,mən birdəfəyə 2-4 mətn yazıram. Metroda başlayıram, evdə bitirirəm. Belə olur ki,yarım gündə 4 mətn hazır olur.
📒Nə qədər çox yazsanız, düşüncələriniz nə qədər çox olsa, satışınız o qədər də artacaq.

💥İDEYAnın YARANMASI ÜÇÜN NƏ etməlisən?
☝️Birincisi, yazmaq, ikincisi, bu ideyaları toplamaq... amma fərqli, maraqlı olanları... reallıqlarınızda mümkün olmayan belə ideyaları! Fikirləri toplayaraq ilham alacaqsınız. Yalnız bitmiş maraqlı məhsul və nümunələri deyil, mətnləri, şərhlər toplayın, yazı yazın. İlhamınız olmayanda həmin topluları açın və.....
Həm də hiss etdiyiniz kimi yazın.
☝️Başlanğıcda hecanınızı, yanaşmanızı tapmaq çətin ola bilər, amma nə qədər çox yazsanız, özünüzü nəşrlərin müəllifi kimi bir o qədər tez tapacaqsınız.
📒Tutalım bir yazı yazdınız... Onu 10-15 yaşlı bir uşağa oxuyun, dostlarınıza və ya qohumlarınıza oxuyun. Anlayırlarsa, reaksiya vermək istəyirlərsə, deməli yazınız hazırdır!