Gizlin alıcı (Sirli alıcı, Mystery Shopping) – adi alıcı rolunda çıxış edən mütəxəssislərin köməyi ilə müxtəlif obyektlərdə xidmət səviyyəsinin qiymətləndirilməsi, habelə Sifarişçi şirkətin və onun rəqibi olan şirkətlərin xidmətlərində güclü və zəif tərəflərin müqayisəli təhlili üçün aparılan marketinq tədqiqatıdır.

Bizim metodun mahiyyəti xüsusi olaraq öyrədilmiş insanların ticarət məntəqələrini ziyarət etməsindədir. Gizlin alıcılar adi insanlar qismində mağaza işçilərinin ümumi işini, malları təqdim etmək, onun üstün tərəflərini izah etmək, müştəriləri alış-veriş etməyə inandırmaq qabiliyyətlərini qiymətləndirir. Gizlin alıcıların ticarət obyektlərinə səfərindən sonra həmin obyekt haqqında geniş hesabat tərtib olunur və bu sənəddə işin yaxşılaşdırılmasına dair tövsiyələr öz əksini tapır.