Здравствуйте, выражаю благодарность ANB команде, за стиль, за современность и актуальность их идей в наших общих проектов и стартапов. Особый респект Нуране Алиеве. Так держать уважаемый тим! Желаю большой портфель клиентурной базы и множество положительных отзывов?
2019-07-26
Рамиль Гасымов
Ресторатор
ANB.az şirkəti bu yaxınlarda “Cücələrim” Uşaq baxçasının müəllim heyəti üçün Uşaq hüquqları Konvensiyası əsasında balacaların hüquq və vəzifələrinə həsr olunmuş beş silsilə treninqlər keçirdi. Treninqin yüksək səviyyədə təşkilinə görə ANB.az şirkətinin əməkdaşı – treninq aparıcısı Nuranə Əliyevaya xüsusi minnətdarlığımızı bildiririk. Treninq sayəsində uşaqlarda daim ünsiyyətdə olan müəllim heyyəti öz biliklərini daha da genişləndirdilər və uşaqların hüquqlarını daha dərindən öyrənməyə müvəffəq oldular. Konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4 kateqoriya ilə yaxından tanış olduqdan və treniqlərin bütov kursunu dinlədikdən sonra müəllimlər treninq iştirakçıları sertifiatları ilə təltif oldular. Bu treniq bizim üçün həmdə ona görə vacibdir ki, uşaqlarların ilkin inkişaf istiqamətləri ailə ilə paralel uşaq baxçasında formalaşır və onların tərbiyyəsilə məşğul olan müəllimlərin uşaq hüquqları haqqında hərtərəfli biliklərə malik olması çox sevindirici haldır. Bir daha ANB.az şirkətinə təşəkkürümüzü bildiririk və gələcəkdə belə uğurlu layihələrin artmasını arzulayırıq.
2019-07-23
Təranə
"Cücələrim" Uşaq Baxçası

Bizim sehifemiz ANB ile emekdasliq etdikden sonra real izleyici sayimiz artmisdir. Mehsullarimizla maraqlananlarin sayinda da hemcinin ehemiyyetli derecede artim olmusdur. Daha 3aydirki emekdasliq etmeyimize baxmayaraq sizin reklaminiz sayesinde mehsul satisimiz artiq istediyimiz seviyyeye catmagina cox az qalmisdir.Her sey ucun tesekkur edirik.

2019-06-18
Taha Design Baku

Artıq 4-5 aydır ki, ANB komandasının xidmətlərindən istifadə edirik. Gizli müştəri xidməti üçün müraciət etdiyimiz vaxtdan, artıq təlimlər və SMM xidməti də alırıq.
Niyə ANB? Bazarda bu xidmətləri göstərən yüzlərlə reklam agentlikləri, şirkətlər, fərdi şəxslər olduğu halda yeni yaranmış bir şirkətlə əmkdaşlıq edirik? Çünki xidmətin keyfiyyəti, tərəfdaşa və onun istəklərinə yönümlü komanda üzvləri var. Bizim əvəzimizə bizim işimizi görmürlər, biz yol yoldaşlığı edib dəstək olurlar. Birgə planladığımız tədbirləri tam nəzərdə tutulduğu kimi, həm də yüksək peşəkarlıqla yerinə yetirirlər.
Biz fəaliyyətimiz tarixində bir çox şirkətlərlə birgə əməkdaşlıq etmişik, qismən razi qaldıqlarımız da var, razi qalmadıqlarımız da var. Amma ANB komandasından və gördükləri işin keyfiyyətindən 200% razıyıq.
Təşəkkür edirik ANB!

2019-06-12
MiHome